09:34
1 232
Pakistan İslam Respublikasında hazırlanmış, 400 km mənzilə malik "Fatah-2" yaylım atəşli raket sisteminin uğurlu sınaqlarını həyata keçirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Cənubi Asiya ölkəsinin Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə Səhmdar İdarəsi (ISPR) məlumat yayıb.
Bəyanata əsasən, "qabaqcıl avionika və müasir naviqasiya vasitələri" ilə təchiz edilmiş raket sisteminin uğurlu təlim sınaqları raket qoşunlarının döyüş imkanlarının artırılmasına yönəlib. Pres-relizdə bildirilir ki, sınaqlar zamanı "dəqiqliyin və sağqalma qabiliyyətinin yüksəldilməsi üçün tətbiq edilən müxtəlif texniki parametrlər və bir sıra yarım-sistemlərin xüsusiyyətləri yoxlanılıb".
Məryəm Quliyeva