Leyen: "Almaniyanın AES-lərdən imtinası strateji səhv idi" Dünya

Leyen: "Almaniyanın AES-lərdən imtinası strateji səhv idi"

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen nüvə enerjisindən imtina etməyi Almaniyanın strateji səhvi adlandırıb.

Xalqcebhesi.az xəbər verir ki, onun sözlərini "Clash Report" yayıb.

"Keçmişə nəzər saldıqda hesab edirəm ki, Almaniyanın atom enerjisindən imtinası strateji bir səhv idi. Əgər biz iqlim dəyişikliyi ilə mübarizədə ciddiyiksə, qaz və kömür atom enerjisindən qat-qat daha pisdir", — deyə o bildirib.

Onun sözlərinə görə, atom elektrik stansiyaları (AES) ən azı "günəş işığı olmayanda və külək əsməyəndə", yəni külək elektrik stansiyaları və günəş panelləri elektrik enerjisi istehsal edə bilmədiyi hallarda zəruridir.

Məryəm Quliyeva