12:53
567
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazındakı insidentlər və BƏƏ-nin atəşə tutulmasından sonra ABŞ və İran arasındakı atəşkəs rejiminin qüvvədə qalıb-qalmaması ilə bağlı suala cavab verməkdən yayınıb.
Xalqcebhesi.az xəbər verir ki, amerikalı radio aparıcısı Hyu Hyuitt prezidentdən atəşkəsin başa çatıb-çatmadığı və ABŞ-ın İslam Respublikasına yeni zərbələr endirib-endirməyəcəyi ilə maraqlanıb. "Bunu sizə deyə bilmərəm. Əgər bu suala cavab versəydim, siz mənim Amerika Birləşmiş Ştatlarına rəhbərlik etmək üçün kifayət qədər ağıllı olmadığımı deyərdiniz", — deyə Tramp cavab verib.
Məryəm Quliyeva