“Azərbaycan sülhü də müharibə kimi qazanacaq, Şuşa kimi…”
24 Oktyabr 10:49
24 Oktyabr 10:49
23 Oktyabr 14:25
8 May 10:48
2 282
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti tərəfindən 45 qeyri-qanuni miqrant sonradan deportasiya edilmək məqsədilə saxlanılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
DİN-in məlumatına görə, Gürcüstanda Əlcəzair, Banqladeş, Hindistan, Qazaxıstan, Qırğızıstan, Keniya, Nigeriya, Pakistan, Rusiya, Sudan, Tailand, Tanzaniya, Türkmənistan, Türkiyə, Özbəkistan, Uqanda və Efiopiya vətəndaşları saxlanılıb.
Hüquq-mühafizə orqanları müxtəlif yerlərdə axtarışlar aparıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər ölkədə miqrasiya qanunvericiliyini pozaraq qalıblar. Hazırda bütün saxlanılanlar miqrantların müvəqqəti yerləşdirmə mərkəzinə aparılıb və onların ölkədən çıxarılması istiqamətində işlər görülür.
Gürcüstanda 2025-ci ildən bəri qeyri-qanuni miqrantlara qarşı aktiv mübarizə aparılır. Ölkə parlamenti miqrasiya qanunvericiliyini sərtləşdirərək deportasiya və miqrantların yoxlanılması prosedurlarını sadələşdirib.
Məryəm Quliyeva
23 Oktyabr 21:35
1 148
23 Oktyabr 18:56
1 267
23 Oktyabr 18:17
4 641