12:07
588
Litvanın müdafiə naziri Robertas Kaunas bəyan edib ki, Vaşinqtonun 4 mindən çox amerikalı hərbi qulluqçunun Avropaya göndərilməsini ləğv etmək qərarı müvəqqəti xarakter daşıyır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə müdafiə idarəsinin rəhbəri milli radio olan LRT-nin efirində bildirib.
"Rotasiya ABŞ-ın Avropadakı qüvvələrini necə bölüşdürəcəyini təhlil etmək məqsədilə dayandırılıb. Bu, hazırda əlimizdə olan bütün məlumatdır və biz izahat gözləyirik. Yeni məlumatlar əldə edən kimi əlavə açıqlama verə biləcəyik", — deyib.
Nazir vurğulayıb ki, Baltikyanı ölkələr və Polşa əvvəlki kimi ABŞ və NATO tərəfindən alyansın standartlarına cavab verən nümunəvi müttəfiqlər kimi nəzərdən keçirilir.
Məryəm Quliyeva