ABŞ bu gecə hücum edərsə, Dubay və Əbu-Dabi aeroportları dərhal boşaldılmalıdır Dünya

ABŞ bu gecə hücum edərsə, Dubay və Əbu-Dabi aeroportları dərhal boşaldılmalıdır

İran ABŞ-a bu gecə mümkün hücumlarla bağlı xəbərdarlıq edib.

Bu barədə “Fars” agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

“Əgər ABŞ bu gecə ölkəmizin mülki infrastruktur obyektlərini hədəfə alarsa, İranın cavab zərbələri zamanı vətəndaşların həyatının qorunması üçün Dubay və Əbu-Dabi hava limanları, həmçinin Füceyrə və Cəbəl Əli limanları dərhal təxliyə edilməlidir”, - İran ordusunun nümayəndəsi ABŞ-ın İrana qarşı hər hansı hərbi addımının nəticələri barədə xəbərdarlıq edərək bildirib.