SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla bağlı müsabiqə elan edir
WUF13 Təcrübə Mərkəzində əsas diqqət praktiki mənzil həllərinə yönəldiləcək
İran saxlanılan tankerlerin pozuntularına dair sənədləri ABŞ-a göndərdiyini bildirir
Hadrut və Tuğda yenidənqurma işləri ilə bağlı iclas keçirilib, tapşırıqlar verilib
18:39
525
Qaydanı pozan ABŞ tankerlərinin saxlanılması məhkəmə qərarları əsasında həyata keçirilir və həmin tankerlərin pozuntularına dair sənədlər ABŞ-a göndərilir.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Məhkəmə Hakimiyyətinin sözçüsü Əsgər Cahangir bildirib.
Onun sözlərinə görə, BMT-nin 1982-ci il Dəniz Hüququ Konvensiyasına əsasən, sahilyanı dövlətlər gəmilərin qanunları pozması halında onları öz yurisdiksiyasına daxil olan sularda, müəyyən hallarda isə açıq dənizdə də saxlamaq hüququna malikdir.
Əsgər Cahangir qeyd edib ki, bu tankerlərə dair saxlanma qərarları İranın səlahiyyətli məhkəmələrinin çıxardığı hökmlərə əsaslanır və hüquqi prosedurlar tamamlandıqdan sonra icra olunur.