“Rəqəmsal bacarıqlar artıq zərurətdir”
14 May 20:12
14 May 20:12
14 May 20:11
10:01
616
Birləşmiş Ştatlar İraqın yeni hökumətindən problemli məsələlərin, ilk növbədə təhlükəsizlik sahəsindəki problemlərin həllində irəliləyiş gözləyir.
Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak bəyan edib.
"Biz yeni rəhbərliyin təyin olunmasından ruhlanırıq və ümumi maraqlara uyğun gələn yeni, cəsarətli proqram çərçivəsində əməkdaşlığın başlamasını səbirsizliklə gözləyirik. ABŞ Prezidenti Donald Tramp, dövlət katibi Marko Rubio və Birləşmiş Ştatlar İraq xalqının rifahı və terrorizmin kökünün kəsilməsi kimi ortaq məqsədlərə nail olmaq üçün hökumətlə sıx əməkdaşlıq etməyə hazırdır", — deyə Barrak "X" hesabında yazıb.
O əlavə edib ki, ABŞ yeni hökumətin dövründə də İraqa yardım göstərməyə davam edəcək.
Məryəm Quliyeva