10:54
861
Rusiya Prezidenti Vladimir Putinin Pekinə birgünlük səfəri mayın 20-nə planlaşdırılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "South China Morning Post" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, bu səfər Moskva və Pekin arasındakı gündəlik təmasların bir hissəsidir, buna görə də Rusiya liderinin gəlişi şərəfinə təntənəli tədbirlərin və paradın keçirilməsi gözlənilmir.
Nəşr qeyd edir ki, bu, Çinin çoxtərəfli beynəlxalq tədbir formatından kənar, eyni ayda hər iki ölkənin (ABŞ və Rusiya) liderlərini qəbul etdiyi ilk hadisə olacaq. Bu, Pekinin Rusiya və ABŞ ilə münasibətləri balanslaşdırmaq səylərini vurğulayır.
Məryəm Quliyeva