İran ABŞ ilə İranın son sülh planını müzakirə etməyə davam edir Dünya

İran ABŞ ilə İranın son sülh planını müzakirə etməyə davam edir

İran və ABŞ Pakistan vasitəsilə İranın son sülh planına düzəliş etmək üçün şərh və təkliflərini mübadiləsini davam etdirirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi Esmail Bəqai məlumat verib.

"Ötən həftə Amerika tərəfinin İran planını açıq şəkildə qəbuledilməz elan etməsinə baxmayaraq, Pakistan vasitəçisi vasitəsilə bir sıra şərh və düzəlişlər aldıq. Buna görə də, şərhlərimizi Amerika tərəfinə göndərdikdən sonrakı gün Pakistandan təkliflər paketi aldıq və son bir neçə gün ərzində onları nəzərdən keçirdik. Dünən elan edildiyi kimi, cavab şərhlərimiz də Amerika tərəfinə çatdırılıb", - deyə o, mətbuat konfransında bildirib. İran Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, danışıqlar prosesi fasiləsiz davam edir.

Məryəm Quliyeva