Pentaqondan Trampa İranla bağlı xəbərdarlıq Dünya

Pentaqondan Trampa İranla bağlı xəbərdarlıq

ABŞ Prezidenti Donald Tramp İrana qarşı əlavə zərbələr endirməkdən qismən ona görə çəkinib ki, Pentaqon rəsmiləri İran qüvvələrinin hava kampaniyasına uyğunlaşdığı barədə xəbərdarlıq ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İran hərbçilərinin ABŞ-nin hava kampaniyasına uyğunlaşmağa başladıqları, ABŞ qırıcı və bombardmançı təyyarələrinin uçuş marşrutlarını öyrəndikləri iddia edilir. Bu isə ABŞ Hərbi Hava Qüvvələrinin fəaliyyətini daha proqnozlaşdırıla bilən edib və İranın Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin effektivliyini artırıb. NYT-nin mənbələri bu məsələdə Rusiyanın da mümkün dəstəyini istisna etmirlər, lakin bu məlumatın rəsmi təsdiqi yoxdur.

Bundan əlavə, Vaşinqtonun narahatlığına təsir edən amillər arasında bir ədəd "F-15E" qırıcısının itirilməsi və "F-35" təyyarəsinə ziyan dəyməsi barədə xəbərlər də yer alır. ABŞ rəsmilərinin qiymətləndirməsinə görə, bu hadisələr ABŞ aviasiyası üçün risklərin artmasından xəbər verir.

Məryəm Quliyeva