Suriya və Livan iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər Dünya

Suriya və Livan iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Suriyanın xarici işlər və mühacirlər naziri Əsəd Həsən əl-Şeybani Livanın Baş naziri Nəvaf Salam ilə telefon danışığı aparıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər iqtisadiyyat, ticarət və energetika sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsi yollarını, həmçinin birgə koordinasiya komitəsinin yaradılması istiqamətində işlərin davam etdirilməsini müzakirə ediblər.

Məryəm Quliyeva