09:38
784
ABŞ Ukraynaya "HAWK" zenit-raket komplekslərinin (ZRK) fəaliyyətinin dəstəklənməsi üçün 108,1 milyon dollar dəyərində avadanlıq və xidmətlərin mümkün satışını təsdiqləyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.
Sənəddən məlum olur ki, Kiyev hakimiyyəti sözügedən ZRK-lar üçün komplektləşdirici hissələrin, ehtiyat hissələrinin alınması, onların modernləşdirilməsi və texniki qulluq göstərilməsinə dəstək, həmçinin avadanlıqların təmiri və geri qaytarılması üzrə xidmətlərin göstərilməsini xahiş edib. Müqavilənin ümumi məbləği 108,1 milyon dollar dəyərində qiymətləndirilir.
Əsas podratçı qismində "Sierra Nevada Corporation" şirkəti çıxış edəcək. Bəyanatda iddia edilir ki, bu sövdələşmə Amerika Birləşmiş Ştatlarının milli mənafelərinə cavab verir və regiondakı qüvvələr nisbətini dəyişməyəcək. Bundan əlavə, Dövlət Departamenti belə qənaətdədir ki, müqavilə ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına mənfi təsir göstərməyəcək.
Məryəm Quliyeva