12:40
679![]()
Yəmənin Sokotra adasından şimalda, göyərtəsində beş nəfərin olduğu kiçik bir qayıq gəmiyə yaxınlaşdıqdan sonra gəmidən xəbərdarlıq atəşi açılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə cümə günü Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) məlumat yayıb.
UKMTO hadisə barədə məlumatı Sokotradan 98 dəniz mili şimalda aldıqlarını bildirib.
"Tankerin gəmi zabiti təsdiqləyib ki, göyərtəsində beş nəfərin olduğu kiçik bir üzücü vasitə gəmiyə yaxınlaşıb. Tankerin silahlı mühafizəsi kiçik qayığa doğru xəbərdarlıq atəşi açıb və nəticədə qayıq istiqamətini dəyişmək məcburiyyətində qalıb. Səlahiyyətli qurumlar araşdırma aparır", — deyə UKMTO-nun məlumatında qeyd olunub.
Məryəm Quliyeva