09:18
840
ABŞ-nin dövlət katibi Marko Rubio hesab edir ki, Vaşinqtonun Hörmüz boğazı məsələsində İranla razılıq əldə etmək və İslam Respublikasının nüvə proqramı üzrə danışıqlara başlamaq üçün kifayət qədər yaxşı şansları var.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.
"Mənim fikrimcə, onların boğazı açmaq imkanları, həmçinin nüvə problemi ilə bağlı çox ciddi, əhəmiyyətli və vaxt baxımından məhdudlaşdırılmış danışıqlara başlamaq variantımız kifayət qədər etibarlıdır. Ümid edirəm ki, biz bunu edə biləcəyik", — deyib.
Məryəm Quliyeva