Rusiya regionları üzərində Ukraynaya məxsus 173 PUA vurulub Dünya

Rusiya regionları üzərində Ukraynaya məxsus 173 PUA vurulub

Rusiya HHM vasitələri ötən gecə Rusiya Federasiyasının regionları üzərində Ukraynaya məxsus təyyarə tipli 173 pilotsuz uçuş aparatını (PUA) ələ keçirib və məhv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

"Ötən gecə ərzində növbətçi HHM vasitələri ilə Belqorod, Bryansk, Kaluqa, Kostroma, Kursk, Lipetsk, Oryol, Ryazan, Smolensk, Tver, Tula, Yaroslavl vilayətləri, Moskva regionu və Krım Respublikası əraziləri üzərində Ukraynaya məxsus təyyarə tipli 173 pilotsuz uçuş aparatı ələ keçirilərək məhv edilib", — deyə məlumatda bildirilir.

Məryəm Quliyeva