10:42
630
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mayın 27-29-da Prezident Qasım-Jomart Tokayevin dəvəti ilə Qazaxıstana dövlət səfəri edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
Qeyd olunur ki, danışıqlar zamanı Putin və Tokayev Qazaxıstan ilə Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin mövcud vəziyyətini və möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcəklər.
Həmçinin bildirilir ki, mayın 28-də Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin başçılarının iştirakı ilə Avrasiya İqtisadi Forumu keçiriləcək. Növbəti gün isə Ali Avrasiya İqtisadi Şurasının iclası baş tutacaq.
Məryəm Quliyeva