Qalibaf yenidən İran parlamentinin sədri seçilib Dünya

Qalibaf yenidən İran parlamentinin sədri seçilib

Məhəmməd Baqir Qalibaf daha bir il müddətinə İran parlamentinin sədri seçilib.

APA-nın Tehran bürosunun məlumatına görə, İran İslam Şurası Məclisinin XII çağırışının rəhbərliyinə keçirilən seçkilər başa çatıb.

Seçki nəticəsində Məhəmməd Baqir Qalibaf ardıcıl üçüncü dəfə parlamentin sədri seçilib.