İran XİN: 60 gün ərzində sülh sazişi və nüvə proqramı müzakirə olunacaq Dünya

İran XİN: 60 gün ərzində sülh sazişi və nüvə proqramı müzakirə olunacaq

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bəyan edib ki, 60 gün ərzində sülh sazişi çərçivəsində anlaşma memorandumunun bəzi təfərrüatları və nüvə proqramı məsələləri müzakirə olunmalıdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi yazır.

"60 gün ərzində anlaşma memorandumunun bəzi təfərrüatları və digər məsələlər müzakirə edilməlidir. Bu məsələlərdən biri mütləq şəkildə nüvə proqramı ilə bağlıdır. Hazırkı mərhələdə isə biz nüvə proqramının xırdalıqlarını müzakirə etmirik, 14 bənddən ibarət anlaşma memorandumu isə müharibənin dayandırılmasına yönəlib", — deyə agentlik Bəqainin sözlərini sitat gətirir.

Məryəm Quliyeva