17 İyul 19:42
25 May 13:20
1 862
Çeçenistan və Dağıstanda güclü leysan yağışlarının səbəb olduğu daşqınlarda 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.
Rusiya mediasının xəbərinə görə, 16 yaşayış məntəqəsinə giriş mümkün deyil.
“Mash”n məlumatına görə, Dağıstanda intensiv yağışlar nəticəsində dağ rayonlarını birləşdirən dörd əsas avtomobil yararsız hala düşüb.
Mahaçqala və Xasavyurtda elektrik stansiyalarının su altında qalması səbəbindən 2 mindən çox sakin işıqsız qalıb. Həmçinin Xverec yaşayış məntəqəsində 9 kilometrlik yol bağlanıb.
İnquşetiyada isə yollarda torpaq sürüşməsi baş verib və xilasedicilər vətəndaşlara dağlıq ərazilərə səfərdən çəkinməyi tövsiyə edib.
17 İyul 22:06
1 743
17 İyul 21:34
1 722
17 İyul 21:30
1 771