ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəliblər Dünya

ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəliblər

ABŞ və İran Tehranın dondurulmuş aktivləri barədə razılıq əldə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mayın 25-də "Al Jazeera" telekanalı danışıqların gedişatına bələd olan mənbəyə istinadən məlumat yayıb.

Bazar ertəsi Dohaya Hörmüz boğazı və İranın yüksək dərəcədə zənginləşdirilmiş uranı ilə bağlı məsələləri müzakirə etmək üçün İranın baş danışıqlarçısı Məhəmməd Baqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçı və Mərkəzi Bankın rəhbəri Əbdülnasir Hümmətinin daxil olduğu yüksəksəviyyəli nümayəndə heyəti gəlib.

Müzakirə olunan mövzular arasında İranın dondurulmuş vəsaitləri mərkəzi yer tutur.

Nəşrin mənbəsi qeyd edir ki, Qətərin vasitəçiliyi bu məsələdə İran ilə ABŞ arasında qarşılıqlı anlaşmanın əldə olunmasına gətirib çıxarıb.

Məryəm Quliyeva