SEPAH ABŞ-ı Fars körfəzində İranın hava məkanını pozmaqda ittiham edib​​​​​​​ Dünya

SEPAH ABŞ-ı Fars körfəzində İranın hava məkanını pozmaqda ittiham edib​​​​​​​

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir neçə pilotsuz uçuş aparatı (PUA) və F-35 qırıcısı İranın hava məkanını pozub, bir PUA isə vurulub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH — İran Silahlı Qüvvələrinin elit bölmələri) bəyanatında deyilir.

"Tasnim" agentliyinin dərc etdiyi sənəddə qeyd olunur ki, "ABŞ-ın terrorçu ordusu regionda öz avantürist, müdaxiləçi hərəkətlərini və təcavüzkar davranışını davam etdirərək, Fars körfəzi bölgəsində İranın hava məkanına müdaxilə edib". Hava hücumundan müdafiə (HHM) qüvvələri "RQ-4" pilotsuz aparatını və "F-35" qırıcısını "ölkənin ərazi hava məkanını tərk etməyə" məcbur edib. Bildirilir ki, "MQ-9" modelli pilotsuz aparatlardan biri isə məhv edilib.

SEPAH-dan göstəriblər ki, İran ABŞ tərəfindən atəşkəsin pozulmasına qarşı istənilən cavab tədbirlərini özünün qanuni hüququ hesab edir.

Məryəm Quliyeva