17 İyul 19:42
31 May 09:32
2 191
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus MQ-1 pilotsuz uçuş aparatının İranın ərazi sularının üzərində vurulduğunu bəyan edib.
"Tasnim" agentliyinin məlumatına görə, SEPAH-ın yaydığı açıqlamada bildirilib ki, ABŞ ordusuna məxsus pilotsuz aparat İranın hava məkanını pozaraq düşmən xarakterli əməliyyat həyata keçirməyə cəhd göstərib.
Məlumata əsasən, aparat müasir hava hücumundan müdafiə sistemi vasitəsilə aşkar edilib və raket zərbəsi ilə məhv olunub.
SEPAH vurğulayıb ki, İranın hava məkanı tam nəzarət altındadır və istənilən pozuntuya qətiyyətli cavab veriləcək.
17 İyul 22:06
1 484
17 İyul 21:34
1 491
17 İyul 21:30
1 526