İsrail ordusunun Livandakı Bofor qalasını ələ keçirməsi ilə bağlı görüntülər yayılıb
Azərbaycanda bəzi ərazilərdə yağış yağır, küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"Yeni Konstitusiyanın qəbuluna ehtiyac var"-Qüdrət Həsənquliyev
SEPAH ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Tramp: İran nüvə silahı hazırlamamağa və əldə etməməyə razılaşıb
11:38
371
İsrail ordusu Livandakı Bofor qalasını ələ keçirdiyini iddia edir.
Reuters və Associated Press agentliklərinin yaydığı məlumata görə, İsrail qüvvələri Livanın cənubunda, Nəbatiyyə şəhəri yaxınlığında yerləşən Bofor qalasını ələ keçirib.
Məlumatlar İsrailin dövlət televiziyasında da yayılıb. Məlumata görə, Livan-İsrail sərhədindən təxminən 15 kilometr məsafədə, yüksək dağ silsiləsində yerləşən və səlibçilər dövründə inşa olunmuş strateji qala üzərində İsrail bayrağının qaldırıldığını göstərən görüntülər yayılıb.
Livan rəsmiləri tərəfindən məsələ ilə bağlı hələlik hər hansı açıqlama verilməyib.
Məlumat təsdiqlənərsə, qalaya nəzarətin ələ keçirilməsi martın 2-dən etibarən Hizbullah ilə döyüşən İsrail ordusu üçün mühüm hərbi uğur hesab oluna bilər.
İsrail qüvvələri Bofor qalasını daha əvvəl 1982-ci ildə də ələ keçirmiş və 2000-ci ildə Livandan geri çəkilənə qədər burada qalmışdı.