14:57
602
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) son sutka ərzində Hörmüz boğazından dördü neft tankeri olmaqla 15 gəminin keçdiyini bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, "Al Jazeera"nın SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə istinadən verdiyi məlumata görə, gəmilərin keçidi icazə alındıqdan və İran tərəfi ilə əlaqələndirildikdən sonra həyata keçirilib.
Korpus həmçinin qeyd edib ki, gəmilərin "düşmən qüvvələr"lə hər hansı əməkdaşlığını "təhlükəsizliyə birbaşa təhdid" kimi qiymətləndirəcək və bu cür hərəkətlərə "müvafiq şəkildə cavab verəcəyinə" söz verib.
Məryəm Quliyeva