Kuveyt İranı hədələyib
16:51
EBRD: Azərbaycanda 1,2 qiqavat bərpa olunan enerji gücünü maliyyələşdirmişik
BMT: Azərbaycan yaşıl enerji üzrə regional hab rolunu gücləndirir
Həsrət Cəfərov 2026-cı ilin iyun ayı üçün reytinq cədvəlinə liderlik edir
Milli Məclisin sədri növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb
Özbəkistanlı nazir: Azərbaycanla Yaşıl Enerji Dəhlizi üzrə əməkdaşlığı gücləndiririk
17:22
504
“ABŞ və İran arasında yeni diplomatik proses yaranıb. Hərbi əməliyyatlar tərəflərdən heç birinə qəti strateji üstünlük vermir”.
Bu fikirləri Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Xalqcebhesi.az-a açıqlaması zamanı bildirib.
O qey edib ki, belə ki, ABŞ və İsrail İranın nüvə infrastrukturuna ciddi zərbələr endirsələr də əsas problem yüksək zənginləşdirilmiş uran ehtiyatlarının tamamilə məhv edilməsidir ki, tərəflər buna hələ də nail bilməyiblər: “Bu isə danışıqlar masasında Tehranın rıçaqlarını hələ də qoruduğunu göstərir.Vaşinqtonun məqsədi ondan ibarətdir ki, İranın nüvə silahı əldə etmək potensialı minimallaşdırılsın. Bundan ötrü ABŞ 60%-lik İran ehtiyatlarının ya ölkədən çıxarılmasını, ya da tamamilə məhv edilməsini istəyir. Habelə, Tehran üçün bu, milli təhlükəsizlik və suverenlik məsələsidir. Bu baxımdan da İran nüvə proqramından tam imtina etməyə hazır görünmür. İndiki durumda ən real ssenari ondan ibarətdir ki, tərəflər qarşılıqlı güzəştlərə əsaslanan mərhələli razılaşmaya keçsinlər. İran uran ehtiyatlarının bir qismini beynəlxalq nəzərət altında məhdudlaşdırmağa razılaşa bilərsə, ABŞ-da öz növbəsində bəzi iqtisadi sanksiyaları yumşalda bilər”.
Ş. Həsənova vurğulayıb ki, təbii ki, prosesdə İsrailin mövqeyi xüsusi əhəmiyyət kəsb edir: “İsrail İranın istənilən səviyyədə zənginləşdirilmə imkanını öz milli təhlükəsizliyi üçün ciddi təhdid kimi görür və bu baxımdan daha qəti məhdudiyyətlərin tətbiqində israrlıdır. İsrailin təhlükəsizlik narahatlıqları nəzərə alınmadan uzunmüddətli və yaxud da dayanıqlı razılaşmanın əldə edilməsi son dərəcə müşkül görünür.
Nəticə etibarilə, indiki mərhələdə əsas mübarizə hərbi meydandan diplomatik masaya keçib. Tərəflər arasında etimadın da son dərəcə aşağı olduğunu nəzərə alsaq, istənilən razılaşmanın davamlılığı onun icrasına beynəlxalq nəzarət və qarşıqlı öhdəliklərin yerinə yetirilməsindən asılı olacaq”.
Günel Elxan