17 İyul 19:42
2 İyun 10:18
1 785
Rusiya ordusu Ukraynaya genişmiqyaslı zərbə endirib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kiyev, Zaporojye, Xarkov və Dnepropetrovskdakı müdafiə sənayesi müəssisələrinə, eləcə də Poltava, Xmelnitski və Sumı vilayətlərində yanacaq-enerji obyektlərinə və hərbi aerodromlara qarşı hipersəsli raketlər də daxil olmaqla, uzun mənzilli dəqiq silahlardan istifadə edilib.
Qeyd olunub ki, zərbənin hədəflərinə nail olunub və bütün təyin olunmuş hədəflər vurulub.
17 İyul 22:06
1 176
17 İyul 21:34
1 197
17 İyul 21:30
1 253