Rövşən Rüstəmov: BTQ-nin modernləşdirmə layihəsi vaxtında və uğurla tamamlanıb
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə sərnişin daşınması məsələsinə aydınlıq gətirilib
Bu il əlilliyi olan 800-dək şəxsə evlərində reabilitasiya xidmətləri göstərilib
“Bu, Aİ daxilində müxtəlif statuslu üzvlük modelinin yaranmasına gətirib çıxara bilər”
12:05
630
Hindistanın Müdafiə Satınalmaları Şurası Fransaya ümumi dəyəri təxminən 3,25 trilyon rupi (təxminən 39,98 milyard dollar) olan 114 ədəd "Rafale" qırıcısının alınması üçün rəsmi sorğu göndərib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyindəki mənbələrə istinadən "ANI" agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, bu 4.5+ nəsil qırıcıların tədarükünə dair hökumətlərarası saziş tərəflərin danışıqları başa çatdıqdan sonra, 2027-ci il ərzində imzalanacaq.
İlkin şərtlərə əsasən, Hindistan istismara tam hazır olan 12–18 ədəd "Rafale" təyyarəsi alacaq, qalan 97 qırıcı isə ölkə ərazisində Fransanın "Dassault Aviation" şirkəti tərəfindən Hindistan tərəfdaşı ilə birgə yığılacaq. Onların Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) silahlanmasına daxil olması istehsalın başlanmasından üç il sonra gözlənilir.
Hindistan Müdafiə Nazirliyi daha əvvəl bəyan etmişdi ki, ""Rafale" qırıcılarının satın alınması müxtəlif münaqişələrdə havada üstünlüyü təmin etmək imkanlarını artıracaq və uzaq məsafələrə zərbələr endirmək hesabına Hindistan HHQ-nin çəkindirmə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək".
Qeyd olunur ki, Hindistan müəssisələrində müqavilə üzrə "Rafale" qırıcılarının istehsalı zamanı yerli komponentlərin payı ilkin olaraq təxminən 30% təşkil edəcək. Fransanın hökumətlərarası saziş çərçivəsində Hindistan silahlarının və digər yerli sistemlərin qırıcılara inteqrasiyasına razılıq verməsi halında isə bu payın gələcəkdə 60%-ə qədər artırılması perspektivi var.
Məryəm Quliyeva