15:02
847
Rusiya tərəfi Qara dənizdə vəziyyətin sabitləşdirilməsi yollarının tapılması və Ukraynaya effektiv təsir göstərilməsi istiqamətində Türkiyə ilə əməkdaşlıq etməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Nazirliyin saytında yerləşdirilən şərhdə qeyd olunur: "Qara dəniz akvatoriyasında vəziyyətin sabitləşdirilməsi üçün optimal yolların tapılması maraqları naminə Ankara ilə sıx əməkdaşlığa hazır olduğumuzu təsdiqləyirik".
Məryəm Quliyeva