Tramp İranla tezliklə razılaşma əldə olunacağını artıq 37 dəfə bildirib Dünya

Tramp İranla tezliklə razılaşma əldə olunacağını artıq 37 dəfə bildirib

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma imzalamağa yaxın olduğunu artıq 37 dəfə bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə CNN telekanalı öz hesablamalarında bildirib.

"O, bunu ən azı 37 dəfə edib. Tramp sosial şəbəkə paylaşımlarında, ictimai çıxışlarında və media ilə telefon danışıqlarında məhz bu qədər razılaşmanın yaxın olduğunu birbaşa bəyan edib və ya İranın bu razılaşmanı imzalamağa canatdığını iddia edib", - deyə telekanal məlumat yayıb. Telekanal xatırladıb ki, bu fikir ilk dəfə hələ martın 23-də səsləndirilib. Sonuncu dəfə isə ABŞ lideri iyunun 8-də Vaşinqton və Tehranın "yaxın iki həftə ərzində razılaşma bağlayacağını" bəyan edib.

"Tramp bu barədə danışmağa davam edir, çünki o, ya yanlış təsəvvürdədir, ya maliyyə bazarlarını sakitləşdirməyə çalışır, ya da bunu reallaşdıra biləcəyinə inanır. Lakin aydındır ki, bu iddiaya artıq ciddi yanaşmaq lazım deyil", - deyə CNN hesab edir.

Məryəm Quliyeva