Aİ səfirləri 21-ci sanksiyalar paketini müzakirə etməyə başlayıblar Dünya

Aİ səfirləri 21-ci sanksiyalar paketini müzakirə etməyə başlayıblar

Aİ səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketini müzakirə etməyə başlayıblar, lakin yaxın gələcəkdə praktiki qərarların qəbulu gözlənilmir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə məlumat verib.

"Aİ-nin daimi nümayəndələri bu gün Avropa Komissiyasının Rusiya və Belarusa qarşı 21-ci məhdudlaşdırıcı tədbirlər paketi ilə bağlı təkliflərinin müzakirəsinə başlayıblar. Bu müzakirə vaxt aparacaq, çünki onun təsdiqlənməsi üçün yekdil kompromis qərar lazımdır", — deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, Avropa Komissiyası Aİ ölkələrindən bu məhdudiyyətlər paketinin "iyun ayı ərzində" təsdiqlənməsinə nail olmağa çalışır.

Məryəm Quliyeva