İordaniyanın HHM vasitələri İranın beş ballistik raketini vurub Dünya

İordaniyanın HHM vasitələri İranın beş ballistik raketini vurub

Krallığın hava hücumundan müdafiə sistemləri Əz-Zərqa əyaləti səmasında İranın beş raketini məhv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığı bildirib.

"İordaniyanın HHM sistemləri çərşənbə axşamından çərşənbəyə keçən gecə İrandan atılan beş ballistik raketi ələ keçirərək vurub. Qalıqların düşdüyü ərazilərdə ixtisaslaşdırılmış mühəndis-texniki qruplar yerləşdirilib, tələfat və maddi ziyan barədə məlumat daxil olmayıb", — deyə "Petra" agentliyinin yaydığı kommünikedə bildirilir.

Baş Komandanlıq vurğulayıb ki, krallığın silahlı qüvvələri "regiondakı hadisələrin inkişafını diqqətlə izləyir və hava məkanının müdafiəsi üçün maksimum döyüş hazırlığını qoruyur". "İordaniya SQ ölkənin suverenliyinin və ərazi bütövlüyünün pozulmasına yol verməyəcək", — deyə mətndə qeyd olunur.

Məryəm Quliyeva