10 İyun 23:49
10 İyun 23:47
09:12
819
ABŞ Prezidenti Donald Tramp ötən ay Amerika hərbçilərinə Hörmüz boğazında neft tankerlərini və digər kommersiya gəmilərini müşayiət etmək üçün gizli əməliyyat keçirmək əmri verdiyini bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Tramp "Truth Social" şəbəkəsində yazıb.
"Ötən ay mən bizim möhtəşəm ABŞ Silahlı Qüvvələrimizə Hörmüz boğazından keçən neft tankerlərinə və digər kommersiya gəmilərinə dəstək məqsədilə gizli missiya yerinə yetirməyi tapşırdım. Bu gün məmnuniyyətlə elan edirəm ki, bu səylər sayəsində 100 milyondan çox barrel neft boğazdan təhlükəsiz şəkildə keçərək açıq bazara daxil olub. 200-dən çox kommersiya gəmisi bu marşrutu təhlükəsiz şəkildə qət edib. Bu kolossal uğur onunla bağlıdır ki, Hörmüz boğazına İran deyil, Amerika Birləşmiş Ştatları nəzarət edir. Onların ordusu darmadağın edilib, iqtisadiyyatı isə çöküb. İran üçün hər şey bitdi!".
Məryəm Quliyeva