Bakıda 5 ayda motosiklet və mopedlərin iştirakı ilə qəzalarda 5 nəfər ölüb
İrəvan meriyasında Paşinyanın partiyadaşları və müxalifət üzvləri arasında dava düşüb - VİDEO
"ABŞ–İran razılaşması İsrail üçün strateji narahatlıq mənbəyidir"
Netanyahu: İsrail silah sahəsində ABŞ-dan asılılığa son qoymaq niyyətindədir
13:10
2 100
ABŞ prezidenti Donald Trampın İrana ünvanladığı sözlər Bürgenştokdakı danışıqlar prosesini ciddi təhlükə altına qoyub, lakin Tehran Vaşinqtonun diplomatik nizamlanmaya sadiqlik nümayiş etdirəcəyi təqdirdə dialoqu davam etdirməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının BMT-nin Cenevrədəki bölməsindəki daimi nümayəndəsi Əli Bəhreyni bəyan edib.
"ABŞ prezidentinin bəyanatları Bürgenştokdakı danışıqlar zamanı müəyyən problemlər yaratdı. Onlar danışıqları çox ciddi təhlükə altına qoydu", - deyə o, Cenevrədə keçirdiyi brifinqdə danışıqların gedişini şərh edərkən bildirib. Bununla belə, Bəhreyni vurğulayıb ki, "Birləşmiş Ştatlar İranla danışıqlar aparmaq və yaranmış məsələləri həll etmək istəyini nümayiş etdirdiyi müddətcə, İran danışıqları davam etdirəcək və dialoqda iştirak edəcək".
"Lakin mən hesab edirəm ki, indi hər kəsə aydın olmalıdır: hərbi tədbirlər İrana qarşı heç bir nəticə verməyəcək. Hərbi tədbirlər mümkün fəaliyyət variantları sırasından birdəfəlik çıxarılmalıdır", - deyə daimi nümayəndə əlavə edib.
Məryəm Quliyeva