09:54
994
ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner çərşənbə axşamı Dohada Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşəcək və onunla İranın nüvə proqramına dair mümkün sazişin təfərrüatlarını müzakirə edəcəklər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ağ Evdəki mənbələrə istinadən "Axios" portalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində məlumat verib.
ABŞ və Qətər arasındakı danışıqlar Vaşinqton və Tehran nümayəndələri arasında Dohada elan edilmiş məsləhətləşmələr çərçivəsində baş tutacaq. Vitkoff və Kuşner Qətər rəhbərliyinin digər nümayəndələri ilə də görüşlər planlaşdırırlar. Çərşənbə günü isə ABŞ və İran nümayəndə heyətləri Qətər və Pakistandan olan vasitəçilərlə ayrı-ayrılıqda danışıqlar aparacaqlar.
Məryəm Quliyeva