“Azərbaycan sülhü də müharibə kimi qazanacaq, Şuşa kimi…”
24 Oktyabr 10:49
24 Oktyabr 10:49
23 Oktyabr 14:25
24 İyul 08:52
1 743
Yaponiya Hökuməti Rusiyaya qarşı sanksiyalar siyasətini davam etdirmək niyyətindədir, lakin bununla yanaşı, bir qonşu ölkə kimi onunla fikir mübadiləsini saxlanılmasının tərəfdarıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında ölkənin Xarici İşlər Naziri Toşimitsu Motegi bəyan edib.
"Biz bu yaxınlarda Manilada köhnə tanışım, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla qısa həmsöhbət olduq, ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə etdik", — deyə o bildirib. "Rusiyaya qarşı sanksiyalar siyasətində heç bir dəyişiklik yoxdur, bu siyasət G7-nin ümumi kursuna uyğun olaraq həyata keçirilir. Lakin bununla belə, bir qonşu kimi Rusiya ilə münasibətlərimizi lazımi qaydada idarə etmək vacibdir, iki hökumət arasında fikir mübadiləsinə ehtiyac var. Bu, bizim milli maraqlara əsaslanan ardıcıl mövqeyimizdir".
Yaponiya XİN rəhbəri eyni zamanda Tokionun Kuril adalarının cənub hissəsinə iddialarını və iki ölkə arasında balıqçılıq problemlərinin həllinin vacibliyini xatırladıb. O, həmçinin avqust ayından etibarən yapon tələbələrin Rusiya Federasiyasında qısamüddətli təcrübə proqramlarının bərpa ediləcəyini təsdiqləyib. "Bəzi rayonlar istisna olmaqla, Rusiya ərazisindəki vəziyyət hazırda tamamilə sabitdir", — deyə nazir vurğulayıb.
Məryəm Quliyeva
23 Oktyabr 21:35
1 218
23 Oktyabr 18:56
1 323
23 Oktyabr 18:17
4 711