Tramp Ukraynaya "Patriot" raketlərinin verilməsindən imtina edib Gündəm

Tramp Ukraynaya "Patriot" raketlərinin verilməsindən imtina edib

ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenski ilə görüşdə Kiyevə "Patriot" kompleksləri üçün yüzlərlə raket-tutucunun verilməsindən imtina edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp ABŞ-nin İrana qarşı hərbi kampaniyası nəticəsində raket-tutucuların qıtlığının yarandığına diqqət çəkib. ABŞ lideri keçən həftə Ağ Evdə keçirilən görüşdə vurğulayıb ki, bu raketlər Vaşinqtonun Yaxın Şərqdəki öz obyektlərini və müttəfiqlərini qoruması üçün vacibdir.

Məryəm Quliyeva