20:03
343
Azərbaycanın paytaxtı Bakı şəhərində17 yaşadək olan yeniyetmələr arasında dünya çempionatı keçirilib. Bütün dünya güləş həvəskarlarının diqqəti bü mötəbər tədbirə yönəlib.
Yarışları Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Houssam Eldine Reda, xanımı Yusra Cadallah, səfirliyin diplomatik heyətinin üzvləri və Azərbaycanda təhsil alan misirli tələbələr izləyiblər.
Misir səfiri ölkəsinin güləş yığmasına mənəvi dəstəyini ifadə edərək, komandanın yüksək nəticələr qazanacağına inandığını bildirib. Misirin güləş yığması Misir Güləş Federasiyasının vitse-prezidenti və Misir Milli Olimpiya Komitəsinin üzvü general Məhəmməd Mahmud Əli Əs-Seyidin rəhbərliyi ilə çempionatda iştirak edib.
Heyətin tərkibində yunan-Roma güləşi, sərbəst güləş və qadın güləşi üzrə idmançılar yer alıblar.
Yunan-Roma güləşində Məhəmməd Əmr Əbdulfəttah yeddinci, Əhməd Mustafa isə səkkizinci yeri tutub. Sərbəst güləş üzrə isə Yasin Həsən İzzət beşinci yeri qazanıb.
Bundan əlavə beynəlxalq dərəcəli hakim Suməyyə Məhəmməd Abdullətif və olimpiya dərəcəli hakim Şərif Həlava dünya çempionatının hakimlər kollegiyasında Misiri təmsil ediblər.
Cavid
