16:04
553
Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) Kürdüstan İşçi Partiyasının (PKK) tərksilah olunması haqqında qanun layihəsini respublika parlamentinə göndərib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə AKP parlament fraksiyasının rəhbəri Abdullah Gülər jurnalistlərə bildirib.
"Təxminən 360 deputatın imzaladığı qanun layihəsi parlamentin baş assambleyasına təqdim edilib", — deyə o bildirib. 12 maddədən ibarət sənəd üzrə səsvermənin cümə günü keçiriləcəyi gözlənilir.
Türkiyə parlamentinin sədri Numan Qurtulmuş daha əvvəl jurnalistlərə bildirmişdi ki, PKK-nın ləğvi prosesinin hüquqi bazasını yaradan çərçivə qanununun qanunverici orqan yay tətilinə çıxana qədər qəbul edilməsi planlaşdırılır.
Məryəm Quliyeva