Nunes kimdir və Trampı niyə müdafiə edir? Dünya

Nunes kimdir və Trampı niyə müdafiə edir?

Britaniya mətbuatından "The Guardian" nəşri yazır ki, Konqresin respublikaçı üzvü Devin Nunesə ötən mart ayında gecə bir zəng gəlib. Onu Ağ Evə məxfi kəşfiyyat hesabatlarını göstərmək üçün çağırırdılar. Sonrakı həftə ərzində o prezident Trampa məxfi sənədlər barədə məlumat verib, amma bu görüşün özünü məxfi saxlaya bilməyib. Məqalədə deyilir ki, Nunes buna görə başqa millət vəkilləri tərəfindən lağa qoyulub.
İndi isə Nunes yenidən gündəmdədir və bunun ardınca da qarışıqlıq başlayıb. Prezident Trampı bir il ərzində təkbaşına, amma qızğın müdafiə edən millət vəkili iddia edir ki, Tramp Obama administrasiyası tərəfindən qanunsuz olaraq izlənib. Nunes də Trampın FTB-ni tənqidlərinə qoşulub. Nunesin dediyi budur ki, Tramp gözümçıxdıya salınıb və FTB-nin onun Rusiya ilə bağlarına dair apardığı təhqiqat qərəzlidir. "The Guardian" yazır ki, Nunesi nə respublikaçı həmkarlarından birinin onu komik "müfəttiş Kluzoya" bənzətməsi, nə də özünün portəgiz soyadının müxtəlif cür təlləffüz edilməsi kimi məsələlər çəkindirmir.
Lakin ötən cümə axşamı günü Nunes demokratları o qədər qəzəbləndirib ki, onlar Nunesin Konqeresin Kəşfiyyart Komitəsindən çıxarılmasına çağırıblar. Bu komitə Rusiyanın ABŞ seçkisinə müdaxiləsi barədə iddiaları araşdırsa da, artıq partiya xətləri boyunca parçalanıb. Nunesin Trampa təqdim etdiyi memo FTB-nin araşdırmasını təkrar Britaniya casusu Kristoper Steylə bağlıayır. Komitədəki respublikaçılar habelə FTB agenti Peter Strzokun Trampı tənqid edən şərhlərindən yapışıblar. Respublikaçılar bu fakta istinadla iddia edirdilər ki, xüsusi prokuror Robert Muellerin təhqiqatı Trampa qarşı qərəzlidir. FTB bu memonun açıqlanması əleyhindədir. Büro bəyan edir ki, memonun açıqlanması Amerikanın bir sıra kəşfiyyat mənbələrini və metodlarını riskə ata bilər.
"The Guardian" yazır ki, respublikaçılarla yanaşı Trampı Fox News kimi sağ təmayüllü media da müdafiə edir. Maraqlıdır ki, FTB-nin Tramp kampaniyasınımn ayrı-ayrı üzvlərinə dinləmə cihazı qoşmaq kimi praktikalarını tənqid edən Nunes, ümumilikdə adamların izlənməsi tərəfdarıdır və üzvü olduğu Konqresdə həmişə belə metodları dəstəkləyib.