İran Kanadanın yeni sanksiyalarına cavab verib Dünya

İran Kanadanın yeni sanksiyalarına cavab verib

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai Kanadanı Tehranla münaqişədə ABŞ-yə dəstək verdiyinə görə kəskin qınayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Bəqai "X" sosial şəbəkəsində yazıb.

​"Vaşinqton Kanadanı özünün 51-ci ştatı adlandırır, Kanada mallarına rüsumlar tətbiq edir, Kanadanı təhqir edir və meşə yanğınlarının tüstüsünə görə onu cəzalandırmaqla hədələyir. Bu ərəfədə isə Ottava Vaşinqtonun könlünü almaq üçün ABŞ-nin İrana qarşı başladığı qanunsuz müharibədə iştirak edir", — deyə bildirib.

Diplomatın bu bəyanatı Kanadanın bundan əvvəl İranın beş yüksəkrütbəli rəsmisinə qarşı elan etdiyi sanksiyalara cavab olub.

Məryəm Quliyeva