Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək Dünya

Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

Litvanın İqtisadiyyat və İnnovasiya Nazirliyi Ukraynanın müdafiə şirkəti DEMZ ilə ölkədə sursat istehsalı zavodunun yaradılması barədə müqavilə imzalayıb.

Bu barədə Ukrayna mediası məlumat yayıb.

Layihə iki yeri əhatə edir. Prienai rayonunda yeni istehsal müəssisəsi tikiləcək, istehsal isə Alytusdakı mövcud bir ərazidə həyata keçiriləcək.

Yeni zavodun tikintisinə 2026-cı ilin payızında başlanması, istehsalın isə 2027-ci ilin sonuna qədər başlanması planlaşdırılır.

Zavod NATO standartlarına cavab verən sursat istehsal edəcək. İstehsal əvvəlcə Ukrayna Silahlı Qüvvələrini (USQ) təmin edəcək, sonradan isə müttəfiq ölkələrə ixrac etməyi planlaşdırır.

Layihə yeni texnoloji həllər üçün tədqiqat və inkişaf təşəbbüslərini özündə birləşdirir. DEMZ həmçinin müxtəlif bacarıq səviyyələrində işçiləri işə götürməyi və ixtisaslaşmış peşəkar təlim proqramlarını həyata keçirməyi planlaşdırdığını bildirib.