“Yuventus” Argentina millisinin üzvünü transfer etmək istəyir İdman

“Yuventus” Argentina millisinin üzvünü transfer etmək istəyir

İtaliyanın “Yuventus” klubu “Aston Villa”nın və Argentina millisinin qapıçısı Emiliano Martinesin transferi üçün 10 milyon avroluq təklif göndərib.

Bu barədə "Sky Sports News" məlumat yayıb.

Məlumata görə, təklifin 6 milyon avro sabit ödəniş və 2,5 milyon funt sterlinq bonuslardan ibarət olduğu bildirilib. Məbləğ “Aston Villa”nın futbolçu üçün müəyyənləşdirdiyi qiymətə yaxın olsa da, təklifin qəbul ediləcəyi gözlənilmir.

Tərəflər arasında danışıqlar davam edir. “Aston Villa” Martinesi əvəz etmək üçün “Parma”nın qapıçısı Zion Suzuki ilə də danışıqlar aparır.