17:26
413
Türkiyə Super Liqasında keçirilən “Gənclərbirliyi” – “Fənərbağça” matçında azyaşlı uşağın formasının çıxarılması ilə bağlı araşdırma başlanılıb.
Teleqraf xəbər verir ki, hadisə ilə əlaqədar Ş.A. adlı şəxs polis tərəfindən saxlanılıb.
Ankara Respublika Baş Prokurorluğu “Eryaman” stadionunda baş verən insidentlə bağlı həmin şəxs barəsində “İdmanda zorakılığın və nizamsızlığın qarşısının alınması haqqında qanun”un pozulması və uşağın azadlığının məhdudlaşdırılması maddələri üzrə istintaq başladıb.
Hüquq-mühafizə orqanları sosial şəbəkələrdə yayılan görüntüləri araşdırıblar. Müəyyən edilib ki, polis əməkdaşı azyaşlını qucağına alaraq təhlükəsiz əraziyə aparıb və uşağa qarşı hər hansı fiziki müdaxilə olmayıb.
Araşdırma nəticəsində uşağa etiraz edən şəxsin Ş.A. olduğu müəyyənləşdirilib və o, saxlanılıb.