FHN Qarabağ kanalında batan 19 yaşlı qızla bağlı məlumat yayıb Hadisə

FHN Qarabağ kanalında batan 19 yaşlı qızla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Beyləqan rayonun İkinci Aşıqlı kəndində Qarabağ suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.