İsrailin Livanın cənubunu bombalayıb, 11 nəfər ölüb - YENİLƏNİB
15 Avqust 17:34
15 Avqust 17:34
15 Avqust 17:18
13:21
315
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, Türkiyə Respublikası vətəndaşı 1969-cu il təvəllüdlü S.Hakyeməz idarə etdiyi İveco (TIR) markalı yük avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən avtomobil idarəetmədən çıxıb. Nəticədə yük avtomobili magistral yolunun dəmir arakəsməsinə dəyib. Qəza zamanı xəsarət alan olmasa da avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.
Yük avtomobillin yük yerində olan dəmirlər yola dağılıb, bundan başqa yük avtomobilindən 1 tona yaxın yanacaq yola tökülüb.
Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb edilib, yolda dağılan yanacaq yuyulub.
Faktla bağlı aparılır.


