Cəlilabad sakini Bakıda daş karxanasında ölüb Hadisə

Cəlilabad sakini Bakıda daş karxanasında ölüb

Bakıda daş karxanasında bədbəxt hadisə baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, daş karxanasında baş verən bədbəxt hadisə nəticəsində Cəlilabad rayonunun Səttarxan küçəsinin sakini, 1961-ci il təvəllüdlü Rabil Zərbəliyev həyatını itirib.

Məlumata əsasən, o, daş karxanalarının birində ehtiyatsızlıq nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.