Türkiyədə yük maşını ilə avtomobil toqquşub: Ölən və xəsarət alanlar var Dünya

Türkiyədə yük maşını ilə avtomobil toqquşub: Ölən və xəsarət alanlar var

Türkiyənin İstanbul şəhərində yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 2 nəfər həlak olub, 5 nəfər ağır yaralanıb.

Bu barədə Türkiyə mediası məlumat paylaşıb.

Məlumata görə, hadisə Şimali Marmara magistral yolunun Sarıyer rayonundan keçən hissəsində baş verib. Nəzarətdən çıxan yük maşını mikroavtobusa çırpılıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya yerləşdirilib.

Qəzaya səbəb olan yük avtomobilinin sürücüsü polis tərəfindən saxlanılıb. Hadisə ilə əlaqədar magistral yolun Ədirnə istiqamətinə hərəkət bağlanıb.