15:20
413
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qüvvəyə minməsi İranın dənizdəki enerji resurslarındakı payında heç bir dəyişiklik yaratmayacaq və ölkənin milli təhlükəsizliyini möhkəmləndirəcək.
Bu barədə İran Xarici İşlər Nazirliyinin Xəzər dənizi üzrə departamentinin rəhbəri Nəbiallah Əzəmi Sərdui "İRNA" agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, dəniz dibinin, balıqçılıq zonalarının və dəniz sərhədlərinin bölünməsi ilə bağlı İranın Azərbaycan və Türkmənistanla ikitərəfli danışıqları davam edir.
XİN rəsmisi vurğulayıb ki, sənəd xarici hərbi qüvvələrin Xəzərdə olmasını qadağan edir və yalnız sahilyanı ölkələrin gəmilərinə üzmə hüququ verir.
"Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya qüvvəyə minəcəyi təqdirdə ölkəmizin enerji resurslarındakı payında heç bir dəyişiklik olmayacaq", — N.Əzəmi Sardui bildirib.
14:01
455
14 Avqust 17:37
1 225
14 Avqust 16:57
1 253