Şərqi Avropada NATO hərbi təlimləri keçirilir Dünya

Şərqi Avropada NATO hərbi təlimləri keçirilir

Şərqi Avropada NATO hərbi təlimləri başlayıb.
APA-nın "Röyters"ə istinadən verdiyi məlumata görə, ABŞ himayəsi altında keçirilən təlimlərdə iştirak etmək üçün 75 kanadalı zabit Avropaya yollanıb.
Polşa, Latviya, Estoniya və Litva ərazisində keçirilən "Saber Strike-2014" təlimlərində 9 ölkədən 2 min nəfər iştirak edəcək. Təlimlər iyunun 21-də başa çatacaq.